\
4 May 2024 - Şənbə

Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı

Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı
1669baxış
Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.  
 
DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd  hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.
 
O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.  Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.