\
19 Mart 2024 - Çərşənbə axşamı

Görülən işlər, uğurlu nəticələr və yaxud iki yaşlı diaspor – KÖŞƏ

Görülən işlər, uğurlu nəticələr və yaxud iki yaşlı diaspor – KÖŞƏ
18254baxış

Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan vətəndaşlarına diqqət və qayğısının olmasıdır. Çünki dövlət hər zaman vətəndaşının yanında olmalı, onun keşiyini çəkməli, xidmətçisi olmalıdır. Eləcə də əksinə, hər bir vətəndaş da dövlətinin yanında olmalı, onu qorumalı, keşiyini çəkməlidir. Elə bizim Azərbaycanımız kimi, dövlətimiz və xalqımız kimi.

DİASPOR QURUCULUĞU

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi diaspor sahəsində də əsaslı dönüş yaratdı. Diaspor quruculuğu həm ümummilli liderin, həm də onun siyasətinin davamçısı olan Cənab İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil ölkəmiz, dövlətimiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması işləri bu gün də davam edir.

Azərbaycan dövlətinin rəhbərliyinin bu sahədə imzaladığı bütün sənədlər Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənədlər olub.

SON İKİ İLİN DİASPORU

Məhz yuxarıda dediyim kimi, diaspor sahəsində imzalanam bütün sənədlər həm də bu sahədə islahatların həyata keçirilməsinə yol açıb. Ötən müddət ərzində diaspor sahəsində görülən işlər danılmazdır. Təbii ki, iki il bundan öncəyə qədər Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı narazılıqların mövcudluğunu gizlədə bilmərik. Çünki elə məhz o narazılıqlar islahatların olmasını zəruri edib. Amma unutmamalıyıq ki, bu narazılıqlar sonradan bu sahədə həyata keçirilən islahatlar fonunda razılıqla əvəzlənə bildi. Məhz Fuad Muradovun Dövlət Komitəsinə rəhbər təyinatı diaspor quruculuğu istiqamətində həyata keçirilən uğurlu işlərin fəaliyyətini sürətləndirdi. Onun təyinatı bu sahədə daha çox gənclərin fəaliyyət göstərməsinə yol açdı. Bəlkə də bu, Fuad Muradovun gənc olmasından irəli gəlib. Ümumilikdə, son illər ölkəmizdə dövlət başçısı tərəfindən gənclərə göstərilən etimad islahatların bariz nümənisidir.

AZƏRBAYCAN DİASPORU – 2019

Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinə, şəbəkələşməsinə xidmət edən Diaspor Gənclərinin Yay Düşərgəsi ötən il də qəlbi Vətən eşqi ilə döyünən gəncləri bir araya topladı. “Nəsimi 650” adı altında II Yay Düşərgəsi baş tutdu. Burada gənclərin rolu böyük əhəmiyyət kəsb edirdi.

Təbii ki, ötən il Dövlət Komitəsinin həyata keçirdiyi bütün işlər ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Hətta düşünürəm ki, son iki ildə Dövlət Komitəsində görülən işlər əvvəlki narazılıqların üzərini örtə bilib. Artıq bütün narazılıqlar unudulub və keçmişdə qalıb. Bizi indi görülən işlər və gələcəkdə görülən işlər maraqlandırmalıdır. Belə ki, ötən il Komitənin Media Mərkəzi formalaşdırılıb. Media Mərkəzə Diaspor TV, Diaspor FM və Multimedia Mərkəzi daxildir. Diaspor TV-də “Dünyada yaşayan azırbaycanlıları tanıyaq-tanıdaq”, Onlayn Azərbaycan dili dərsləri, “Qarabağ” rubrikası, “Bir şerin sədasında” bölmələri fəaliyyət göstərir. Paralel olaraq, Dövlət Komitəsinin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda 2 dəfə “Vətən uzaqda deyil” adlı veriliş yayımlanmağa başlayıb.

Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə, yalnız 2019-cu ildə İspaniya, İtaliya, Polşa, Macarıstan, Estoniya, Latviya və Litvada Komitənin nümayəndə heyətinin iştirakı ilə Azərbaycanlıların Koordinasiya Şuraları yaradılıb. Ümumilikdə 11 Koordinasiya Şurası təsis edilib və bunlar 29 ölkəni əhatə edir. O cümlədən, Amerika Birləşmiş Ştatları və Türkiyədə Şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılıb və bu işlər “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir.

KÜSÜLÜ DİASPORUMUZUN BARIŞIQ İLİ


Ötən il yadda qalan hadisələrdən biri də Ukraynada yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması istiqamətdə atılan ciddi addımlar olub. Diaspor təşkilatları arasında uzunmüddət davam edən fikir ayrılıqları və ziddiyyətlər aradan qaldırılıb. Soydaşlarımızın birliyinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətə nail olunması məqsədilə Ukrayna Azərbaycanlılarının Qurultayı keçirilib və Qurultayda Ukrayna Azərbaycanlıları Radası təsis edilib.

2019-cu ildə həyata keçirilən ən mühüm işlərdən biri də Fransa, İsveç, Polşa və İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq soydaşlarımızın istifadəsinə verilməsidir. 2019-cu il xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan evləri ilə də yadda qalan oldu. Ümumilikdə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib və bu istiqamətdə işlər davam edir. Almaniyada Azərbaycan evləri həm Berlində, həm də Köln şəhərində fəaliyyət göstərir. Növbəti ildə də daha 8 evin açılması planlaşdırılır.

İl ərzində daha 7 Koordinasiya Şurası yaradılıb. Beləliklə Koordinasiya Şuralarının sayı 11 olub və artıq 25 ölkəni əhatə edir. 2019-cu il Azərbaycan diasporu ilə bağlı bir çox müsbət hallarla yadda qalıb. “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilib, 4 ölkədə “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlayıb. 2019-cu il xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan evləri ilə də yadda qalan oldu. Ümumilikdə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib və bu istiqamətdə işlər davam edir.

Təbii ki, yuxarıda yazdıqlarım diaspor sahəsində görülən təkcə iki illik işlərin nəticəsidir. Buna görə də mən iki yaşlı diasporumuzun fəaliyyətindən bəhs etmək istədim. Ümid edirəm, görülən işlər elə bu templə də davam edəcək. Günümüz mübarək, bayramımız qutlu olsun!

Toğrul Allahverdili