\
19 Mart 2024 - Çərşənbə axşamı

Ermənistan Dağlıq Qarabağı terror yuvasına necə çevirir?!

Ermənistan Dağlıq Qarabağı terror yuvasına necə çevirir?!
8177baxış

Artıq gündəmi zəbt edən Ermənistan hökuməti, siyasi arenada məğlub olduqdan sonra, çarəsiz şəkildə "havar" çəkib, bir neçə terror quruplaşmasından kömək diləyib.

Müharibənin qaçılmaz olduğunu hiss edib, yeni terror quruplaşmalariylə istənilən pislik dolu anlaşmalara gedir.

Bir müddət öncə N.Paşinyan və özü kimi dırnaqarası rəsmi nümayəndələri, səfirləri tərəfindən Dağlıq Qarabağ ərazisinə Livan, Suriya ve Iraqdan ermənilərin kütləvi şəkildə yerləşdirilib, eyni zamanda, Ermənistanın İraqdakı səfiri Polatyan bir neçə terror quruplarının rəsmiləriylə göruslər keçirib və nəticədə bir neçə terror qruplaşmasıyla qeyri-rəsmi razılıq da əldə olunub!

Ermənistan hökuməti nəinki yenidən terror yoluyla yeni cinayətlər törədir, hətta Beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq artıq Ermənistanı, o cümlədən, Dağlıq Qarabağı terror yuvasına çevirir.

Belə olan halda, Azərbaycan ordusunun ərazi bütövlüyünü qorumaq məqsədiylə Qarabağdakı istənilən terror quruplarını zərərləşdirərək məhv edəcəyi qaçılmazdır!

Onu da qeyd edək ki, Ermənistanın terror birləşmələriylə razılığa gəlməsi, bir daha göstərir ki, Ermənistan höküməti insan əleyhine olan cinayətlər planlayır, mülki şəxslərin yenidən həyat və şəraiti üçün nəinki təhlükə yaradır, eyni zamanda, yeni cinayətlərin subyektinə çevrilir!

Hərbi əməliyyatlar aparılması haqqında xüsusi prinsipləri pozmaqda davam edən Ermənistan, Beynəlxalq Humanitar huquq normalarına, prinsiplərinə, 1949-ci il Cenevrə və 1954-cü il Haaqa konvensiyalarına qətiyyən məhəl qoymayıb, bununla da öz çirkin siyasətindən əl çəkmir! Terrorizm hökumətləri, beynəlxalq təşkilatları, hansısa bir hərəkət etmək məcburiyyətində qoymaqdır. Zamanında Dağlıq Qarabağ separatçılarının terror fəaliyyətinin Ermənistan Respublikası və digər xarici qüvvələr tərəfindən dəstəklənməsi Azərbaycan torpaqlarının işğalı, minlərlə dinc sakinin məhvi, yüz minlərlə soydaşımızın yurd-yuvalarından didərgin düşməsi, minlərlə vətəndaşımızın əsir və girov götürülməsi, amansız işgəncələrə məruz qalması ilə nəticələnmişdir.

Yenidən bu kimi cinayətlərin, Azərbaycan Respublikası ərazisində törədilməməsi üçün birmənalı şəkildə Azərbaycan tərəfindən adekvat tədbirlər həyata keçirilir.

Milli təhlükəsizliyi gücləndirmək məqsədilə, bu istiqamətdə bir sıra dövlətdaxili aktlar da qəbul edilib, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli Sərəncamıyla təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası" yaradılıb.

Onu da qeyd edək ki, milli təhlükəsizliklə yanaşı, Azərbaycan Respublikası "kollektiv təhlükəsizlik" sistemində, beynəlxalq münasibətlərdə fəal iştirak etmiş

bütün dövlətlərin marağı olduğu kimi Azərbaycanın da "beynəlxalq təhlükəsizlik konsepsiyasında" sülhün və təhlükəsizliyin tərəftarı olduğu açıq ortaya qoyulub.

1986-cı il BMT tərəfindən qəbul olunmuş qətnamələrdə, "Beynəlxalq sülh və təhlükəsizlik" sisteminin yaradılmasında məqsəd beynəlxalq mübahisələrin dinc yolla həlli, əməkdaşlıq, iqtisadi inkişaf, insan hüquqlarının müdafiəsi sahəsində təhlükəsizliyin təmin edilməsidir!

Ümid edirik ki, mövcud münaqişədə BMT, NATO, ATƏT kimi təşkilatlara üzv olan ölkələr bütün bunları nəzərə alaraq Ermənistanın məkirli siyasətini qınaq obyektinə çevirəcəklər!

Azərbaycan Respublikası öz təhlükəsizliyini təmin etmək məqsədilə "Milli Təhlükəsizlik haqqında" 29 iyun 2004- cu il tarixli Azərbaycan Respublikasının qanunu qəbul edib. Bu qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası milli təhlükəsizliyi dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasını təmin etməlidir!

Ermənistan rəhbərliyi yalanlara davam etməklə qalmadı, hətta Azərbaycana qarşı, təcavüzə əsaslanan yeni çirkin siyasət yürütməyə başladı. Belə bir halda hazırkı İrəvan hakimiyyəti ilə dialoq aparmaq çox çətindir.

Ölkə başçısının bildirdiyi kimi, Ermənistan əgər bu cür hərbi ritorikaya davam edərsə, Azərbaycan da öz hərbi konsepsiyasına yenidən baxa bilər.

İnanırıq ki, Azərbaycan ordusu bu müharibədən üzü ağ çıxacaq, işğaldakı torpaqlarımızı azad edəcək, ölkəmizin süverenliyinin, xalqımızın təhlükəsizliyinin qorunmasına zəmin yaradacaq, firavan günlər bəxş edəcəkdir!

Ceyhun Fərzalıyev

Hüquqşünas