\
1 Oktyabr 2022 - Şənbə

Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası

Qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması strategiyası
1398baxış
Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir.
 
Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması 30 ildir ki, nəinki məcburi köçkünlərin, bütün Azərbaycan xalqının arzusu və tələbidir. Ermənistan bu tələbi hələ də yerinə yetirmir, əksinə bu ölkə münaqişənin həlli istiqamətində nəticəyə yönəlik addımlar atmaqdan yayınır və yüz minlərlə insanın fundamental hüquq və azadlıqlarını pozmaqda davam edir. 12 sentyabr tarixindən atəşkəsi pozaraq münaqişəyə səbəb olan Ermənistan işğalçı qüvvələri təcavüzkar və talançı dövlət olduğunu bir daha sübut etmiş oldu.
 
İşğalçı Ermənistanın təcavüzkar siyasəti, həmin ərazilərdə möhkəmlənmək, kök salmaq cəhdləri, işğal etdiyi ərazilərin iqtisadi və mədəni xarakterinin dəyişdirərək, qeyri-qanuni fəaliyyəti davam etməsi azərbaycanlı əhalinin öz evlərinə qayıtması işini çətinləşdirir.
 
Əlbəttə, məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. Lakin Cənab Prezident İlham Əliyevin də dediyi kimi, bu proses planlı şəkildə həyata keçiriləcəkdir və məsələ həll olunanadək məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün bütün zəruri tədbirlər görülür. 
 
Bu gün Ermənistan, Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan anlamalıdır ki, münaqişənin tənzimlənməsi çərçivəsində öz torpaqlarından zorla didərgin salınmış insanlar yenidən öz evlərinə və mülklərinə geri qayıdacaqlar. 
 
Günay İsmayılova Asəm qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti