\
25 Aprel 2024 - Cümə axşamı

İntihar etməyin! - Günel Mövlud İmanovanın fikirləri...

İntihar etməyin! - Günel Mövlud İmanovanın fikirləri...
2208baxış

Sevgiliniz, həyat yoldaşınız sabah başqasına vurulacaq, sizi atacaq. Bəlkə də atmayacaq. Amma siz bu ehtimalı gözə alıb, elə yaşamağa hazır olun. Övladlarınız ayaqları yer tutan kimi, sizə soyuq davranacaq, çıxıb gedəcək, illərlə axtarmayacaq. Bəlkə də axtaracaq. Amma siz onun heç vaxt axtarmayacağına özünüzü hazırlayıb, elə yaşayın. Valideyninizdən sizə heç nə qalmayacaq, onlar sizə dəstək-zad verməyəcəklər. Bəlkə də verəcəklər. Amma siz onların heç nə verməyəcəyinə öyrəşib, yaşayın. Sabah işdən qovulacaqsınız. Bəlkə də qovulmayacaqsınız. Amma siz qovulacağınız halda bir plan düşünün indidən. Sabah imtahandan kəsiləcəksinız, diplom ala bilməyəcəksinız. Bəlkə də alacaqsınız, amma almayacaqsanız, o halda nə edəcəyinizlə bağlı bir plan qurun. Bir ildən sonra xərçəng olacaqsınız. Bəlkə də olmayacaqsınız. Amma olacağınız halda, o xəstəliyin öhdəsindən gələcək qədər fiziki, mənəvi, maddi hazırlaşın.

Heç kimdən heç nə gözləməyin. Nə yaxşılıq, nə sadiqlik, nə fədakarlıq. Elə yaşayın, həyata özünüzü elə hazırlayın ki, sabah tufan olacaq, başınızın üstündən damınız uçacaq, canınız bəla tapacaq, bir qurtum su verməyə hazır doğmanız olmayacaq. Hamısına hazırlıqlı olun. 

Sizə güc, pul, həvəs, yaşama eşqi gətirən şeylərlə məşğul olun. Tanışlıqlar, əlaqələr, bacarıqlar, biliklər əldə edin. Sizi güclü edəcək şeylərin arxasınca gedin. Yaşayın. Hərəkət edin.

İntihar etməyin.

Günel Mövlud