\
25 Aprel 2024 - Cümə axşamı

Haqq yerini tapsın gərək - FOTOLAR

Haqq yerini tapsın gərək - FOTOLAR
2422baxış

Bu pəhləvanların hər ikisi Qazaxlıdır! Bu pəhləvanların hər ikisinin müəllimi əyilməz, qeyrətli, mərd pəhləvan Ramiz Tağıyevdir. Ramiz Tağıyev Türk qız-gəlinlərinin namusunu öz namusu bilir. Qazaxda artıq-əskik hərəkət etmək olmaz onun yanında. Bunu bütün Qazax camaatı çox yaxşı bilir.

45 ildir hər il Azərbaycanı dünyada şərəflə təmsil edən dünya çempionları yetişdirən Pəhləvandır Ramiz Tağıyev. Azərbaycanı dünyada sərbəst güləş üzrə ləyaqətlə təmsil edən 15 pəhləvandan 4-ü (ən azı yazıram) Ramiz Tağıyevin yetirməsidir! Yaxşı, Ramiz müəllim niyə Prezident təqaüdünə layiq görülmür? Niyə? Niyə? Niyə? Mark sağ olmuş burda səsli sistem yaratsaydı elə möhkəm hayqırardım ki, səsimi bütün dünya eşidərdi. Çünki Ramiz müəllimin dünyanın hər yanında Pəhləvan dostları, hörməti var. Bəlkə onlar hayqırtımı eşidib bu ədalətsizliyə son qoyardılar.
Bəs niyə onunla bəzi məmurlar ədavət aparır? Niyəsi hamıya gün kimi bəllidir. Bəzi-bəzi namusunu pula, vəzifəyə satanlar, Ramiz müəllimin təqaüd almaması üçün min dona girənlər, eşidəcəksiniz, görəcəksiniz nələr olacaq!!!
 

P.S. Ramiz müəllim Vətən, millət qarşısında öz işini layiqincə yerinə yetirib. İdman sahəsində bütün normativləri artıqlaması ilə ödəyib. Niyə öz halal haqqını ala bilmir? Bəs yaxşı, onun yolunda maneə kimdir?

Səbinə Yusif