\
21 Avqust 2019 - Çərşənbə

Özbəkistanın Termez şəhərində Beynəlxalq aşıqlıq sənəti festivalı keçiriləcək - FOTOLAR

Özbəkistanın Termez şəhərində Beynəlxalq aşıqlıq sənəti festivalı keçiriləcək - FOTOLAR
1356baxış

Тürk xalqları, eləcə də, özbək xalq dastanlarında özbək xalqının zəngin və qədimi ənənələri cəmlənib, onların özünə məxsus oxunması neçə əsrlərdən bəri insanlara xoşbəxtlik vermiş, mənəvi xəzinənin əvəz olunmaz dəyəri olaraq sevilib. Aşıq şairlər, ozanlar insanlara yaxşılıq və mərifət paylayan, gəncləri Vətənə sevgi, mərdlik və halallıq ruhunda böyüdən insanlar olaraq görülüb.

Belə dəyərləri qorumaq, onları dünyaya tanıtmaq məqsədilə Özbəkistan Respublikası Prezidenti Şövkət Mirziyayevin 2018-ci ilin noyabrın 1-də “Beynəlxalq aşıqlıq sənəti festivalını keçirmək barəsində sərəncam imzaladı. Bu sərəncamdan aşıqlıq sənəti inkişaf etmiş qardaş xalqlarımızın da sevindiyi şübhəsizdir.

Beynəlxalq aşıqlıq sənəti festivalı birinci dəfə Surxandərya vilayətinin mərkəzi – ölkə cənubu Termez şəhərində həyata keçırdi.

2019- cu il 5-10 aprel tarixlərində Termez şəhərində gerçəkləştiriləcək Beynəlxalq aşıqlıq sənəti festivalını UNESCO həmkarlığında keçirmək barəsində UNESCO Baş direktorunun razılıq məktubu alındı. Festivala UNESCO və İSESKO (təhsil məsələləri üzrə islam təşkilatı) bəynəlxalq təşkilatları, habelə, Əfqanıstan, Türkiyə, Tacikistan, Qüvəyt və başqa ölkələrdən fəxri qonaqların gəlməsi gözlənilir.

Festivalda 80 dən artıq ölkələrdən 300-ə yaxın iştirakçıların siyahısı heyət üzvləri tərəfindən seçildi.

Heyət üzvlərinin qərarına əsasən

20 ölkədən 57 aşıq

12 ölkədən 25 konferensiya iştirakçıları,

41 ölkədən 43 qonaq

20 ölkədən 43 mətbuat işçiləri dəvət edilməsi üzərə qərar verildi.

Festivalda Özbəkistan, Qazağıstan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Çin, Cənubi Koreya, İran, Serbiya, Türkiyə, Bolqarıstan, Belçika, Başqırdıstan və Xakasiya və başqa ölkələrdən istedadlı aşıq və dastan oxucularının iştirakı gözlənilir. Bu festivala 86 dövlətdən xarici iştirakçılar dəvət edilib.

Musabiqə qalibləri Təşkilatçılar tərəfindən diplom, mükafat və pul mükafatı veriləcək. İştirakçılar “Ən yaxşı aşıqlıq sənəti iştirakçısı”, “Tamaşaçıların rəğbətini qazanan ən yaxşı iştirakçı”, “Ən yaxşı çalğı ustası” kimi nominasiyaların pul mükafatı və məxsus diplomları ilə təltif olunacaq.

Habelə festival dairəsində “Aşıqlıq sənətinin dünya mədəniyətinın sivilizasiyasındakı yeri” mövzusundə beynəlxalq elmi konfransiya keçiriləcək. Onda dünyanın 20 dən çox ölkələrindən gələn alim və mütəxəssislər iştirak edəcək.

Abid Şafiyev,

“Теrmez universiteti” qəzeti baş redaktoru

 

Özbəkcədən tərcümə:

Şahista Kamranlı