\
19 Mart 2024 - Çərşənbə axşamı

"Qırmızı ulduz" ordenli babam Yusif müəllim

"Qırmızı ulduz" ordenli babam Yusif müəllim
1017baxış

Yazacağım çox şey var, ancaq heç nə yazmıram, baba! Çünki sən qorxmazsan, qəhrəmansan!
İndi yazmıram, ancaq bir gün yazacam! Sənin haqqını ölümündən sonra yeyən bəzi nankorları faş edəcəm. Onda biləcəklər ki, kiminsə arxasında gizlənmək qəhrəmanlıq deyil.

Hələlik isə babamın "Soruş" şeirindən bir bənd yazıram və deyirəm, bu bircə bənd şeirdə babamın kim olduğunu aydın görmək olur:
Soruş, vətənoğlu, öyrən gör kiməm,
Orden, medallarla bəzənib sinəm.
Qafqazdan Berlinə gedən Yusifəm,
Sən məni güllələr selindən soruş!

Sənə sonsuz sevgi və məhəbbətlə : Nəvən Səbinə YUSİF