\
19 Mart 2024 - Çərşənbə axşamı

Bax, erməni xisləti budur!

Bax, erməni xisləti budur!
1099baxış

Erməninin nankor xislətini görmək, duymaq və hiss etmək üçün mütləq onunla təmasda olmaq lazımdır

Ötən ay Tbilisidə bir eməni jurnalistlə dialoqumda bir daha bu xislətə yaxından bələd oldum. Adam 25 ildən o tərəfə keçməyən bir tarixi elə qələmə verməyə çalışır ki, bilməyənlər zamanında guya Stalinin Dağlıq Qarabağı Ermənistana hədiyyə etdiyini sanar. Və guya 1990-cı ilin əvvəllərində ermənilər "öz torpaqlarını" geri qaytarıblarmış…

Təbii ki, tarixi faktlarla cavabını layiqincə verdim. Başa saldım ki, sən də daxil olmaqla hər bir erməni həqiqəti çox gözəl bilir, amma etiraf etmək istəmir. Paytaxt İrəvanın belə Azərbaycanın tarixi İrəvan xanlığının ərazisi olduğunu xatırlatdım. Adam qarşılıq verməyə söz tapmadıqda "Biz kimik ki, siyasi oyundur. Sizin neftiniz var, bizim də suyumuz, hər kəs faydalanmaq istəyir" dedi.

Hansı sudan danışırsan? O su Azərbaycanın işğal olunmuş səfalı dağlarından gəlmirmi? Bu gün bir milyondan çox qaçqın və məcburi köçkün o suya, o dağlara həsrətdir, bunu da bilmirsinizmi?

Məncə, daha erməni ilə dialoqumuzun davam etdirilməsinə gərək yoxdur. Əslində, bu müqəddiməni etməkdə məqsədim hazırda Belçikanın paytaxtı Brüsseldə Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə keçirilən görüş və müzakirələrə diqqət çəkməkdir.

İstər panel görüşlərində ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın və digərlərinin çıxışlarına, istərsə erməni jurnalistlərin Azərbaycan rəsmilərinə verdiyi təxribat xarakterli suallara, ən nəhayət, istərsə də erməni diasporunun parası ilə görüşlərin keçirildiyi binanın qarşısında hərəkətə gətirilən və sapı özümüzdən olan ünsürlərə diqqət edin. Adamlar bir neçə cinahdan öz saxtakar ruhlarını bəsləyir, yalan, böhtan danışmağı ölkələri və özləri adına şərəf sanırlar. Yetər ki, istəkləri reallaşsın, Azərbaycan Avropada, dünyada aşağılansın, yetər ki, özlərini məsum, yazıq və məzlum kimi göstərə bilsinlər…

Bax, erməni xisləti budur!

Nə yaxşı ki, belə mötəbər tədbirlərdə Azərbaycan prezidenti başda olmaqla ermənilərin cavabını verən, onları yerində oturdan ziyalı və siyasətçilərimiz var. Bunların nəticəsidir ki, bu dəfə də ermənilər dövlətlərinin əynindən işğalçı libasını çıxara bilmədilər.

 

Ataların yaxşı bir misalı var: Cəhənnəmə gedən özünə yoldaş axtarar. İndi bu dələduzlar özləri cəhənnəmin astanasındadır, Azərbaycanı da yoldaş etmək istəyirlər. Özü də göz görə-görə. Amma gözdən-gözə də fərq var. Biri baxar görməz, biri görər baxmaz…

Bəzi beynəlxalq gözlər bunu görməyə bilər, lakin Azərbaycan hər şeyi görür və göstərir. “Gerisi Allah kərimdir” demək istərdim, amma erməni xisləti nə Allah tanıyır, nə də bəndə. Odur ki, bir an öncə istər sülh, istərsə müharibə yolu ilə Dağlıq Qarabağ işğaldan azad edilməlidir. Ki, bir daha azərbaycanlıların adı ermənilərlə bir arada çəkilməsin.

Fransız səyyahı Qraf De Şöle deyir: “Ermənilərin yoxsulluğu və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm yaratmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə iyrənc, alçaqlıqları o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç bir vaxt onlara bağlana bilmədim”.

Elgün MƏNSİMOV