\
22 Iyul 2019 - Bazar ertəsi

"Yüzlərlə ağacın kəsilməsinin qarşısını aldığım üçün qürur duyuram" - Könül AYPARA

"Yüzlərlə ağacın kəsilməsinin qarşısını aldığım üçün qürur duyuram" - Könül AYPARA
1126baxış

06.05.2019-cu ildə redaksiyamıza daxil olan bir şikayət əsasında şəxsən araşdırmaya başlamışdım. Şikayət Qara Qarayev prospekti, Tofiq Abbasov 10 küçəsinin sakinlərindən gəlmişdi. Belə ki, sakinlər hasara alınmış ərazidəki ağacların kəsiləcəyindən ehtiyatlanmış və ağacların siyahıya alınması üçün bizə müraciət etmişdilər. 
Araşdırmam hazır olduqdan sonra link (http://mediapress.az/news/event/6075-nizami-rayon-sakinleri-agac-qetliaminin-bas-vereceyinden-narahatdirlar?fbclid=IwAR2OdAoqKU6Br49wapnW_em7I_GWI8aaoAyP7KOeLJ83h1zMFwz9PNy9sOA) əlbəttə ki, müvafiq orqanlara göndərildi. Nəhayət ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatından bu gün şikayətimlə bağlı cavab reaksiyası verildi:

"Bakı şəhər sakini Könül Aypara Nizami rayon sakinləri adından Bakı şəhər icra hakimiyyətinə müraciət edərək, rayonun T.Abbasov küçəsi 10 saylı ünvanında yerləşən və xeyli ağacların mövcud olduğu ərazinin tikinti işlərinin aparılması məqsədilə hasara alınmasından öz narahatlığını bildirmiş və bununla əlaqədar müfaviq tədbirlərin görülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. 
Qeyd olunanlarla əlaqədar vətəndaş Könül Ayparanın müraciəti aidiyyatı üzrə baxılıb, mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi və nəticəsi barədə ərizəçiyə məlumat verilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımova və Bakı Şəhər Yaşıllaşdırma Birliyinin baş direktoru cənab Elşən Məmmədzadə göndərilir".

P.S. Biz Ulu Öndərimizdən bu cür örnək almışıq. Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı bir övladın anasına göstərdiyi qayğı qədər səmimi, təmənnasız olub. 
İndi də təbiətə qarşı atılan hər yöndəmsiz addımın qarşısı prezidenimiz İlham Əliyevin sərt və vaxtında müdaxiləsi ilə alınır. 
Bu arada, yüzlərlə ağacın kəsilməsinin qarşısını aldığım üçün özümlə qürur duyuram!

Kenul Aypara