\
19 Sentyabr 2020 - Şənbə

Bakıda tanınmış biznes ledi saxlanıldı FOTO - VİDEO

Bakıda tanınmış biznes ledi saxlanıldı FOTO - VİDEO
1103baxış
Bakıda fəaliyyət göstərən "Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadə saxlanılıb.
 
Mediapress.az baku.ws-ə istinadən xəbər verir ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.
 
 
M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib.
 
 
Qeyd edək ki, M.Süleymanzadə bundan əvvəl "Topstaff" və "MAcstaff" adlı şirkətlər yaradaraq dələduzluq edib. İndi isə "Mak Marin LTD” adlı şirkəti vasitəsilə insanları aldadıb, pullarını alıb.
 
"Mak Marin LTD” şirkəti 01.05.2019 tarixində qeydiyyata alınıb. Qanuni təmsilçi olaraq Həsənova Mətanət Zahir qızı göstərilir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 36, mənzil 6 ünvanında qeydiyyata alınıb. Faktiki olaraq Əlyar Əliyev küçəsi 69 ünvanında fəaliyyət göstərirdi. 
 
M.Süleymanzadə yerli mediada yetərincə tanınmış simadır. İndiyədək bir neçə mükafata layiq görülüb.