\
18 Aprel 2024 - Cümə axşamı

Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - FOTO

Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı - FOTO
1889baxış

Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qəmbərova və onun yaş yarımlıq övladı Hilal Orxan oğlu Qəmbərov səhər saatlarında ölü tapılıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, körpənin meyiti Şüşün kəndində evdə, ananın nəşi isə həyətdəki su quyusunda aşkarlanıb. 

Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.