\
2 Aprel 2020 - Cümə axşamı

Bakıda kişi qardaşı ilə birləşərək arvadını qətlə yetirdi

Bakıda kişi qardaşı ilə birləşərək arvadını qətlə yetirdi
1052baxış
Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə məlumatlar daxil olub.
 
DİN-in Mətbuat Xidmətindən mətbuata verilən məlumata görə, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

 
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib.
 
S.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı cinayət işi başlanılıb.