\
29 Mart 2024 - Cümə

DSK sədrinin polis işləyən oğlu bıçaqlandı - Ağcabədidə

DSK sədrinin polis işləyən oğlu bıçaqlandı - Ağcabədidə
1293baxış

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon sakini Nadim Nadir oğlu Qürbətov həmrəylisi 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. 

Məlumata görə, N.Qürbətov Agcabədi Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşıdır.

Qeyd edək ki, N.Qürbətovun atası Nadir Qürbətov 82 saylı Ağcabədi dairə seçki komissiyasının (DSK) sədridir.