\
27 Aprel 2024 - Şənbə

Türkiyədə qanunsuz maska və spirt istehsal edənlər həbs olundular - FOTOLAR

Türkiyədə qanunsuz maska və spirt istehsal edənlər həbs olundular - FOTOLAR
2253baxış

Türkiyənin İzmir şəhərinin Buca rayonunda qanunsuz əl dezinfeksiyaedici maddələr və maskalar istehsal edən iki fabrikə polis tərəfindən basqın edilib.

Mediapress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Buca bələdiyyəsi tərəfindən verilən açıqlamaya görə, polis qrupları tərəfindən qeyri-qanuni fəaliyyət göstərən bir anbarda dezinfeksiyaedici maddələrin istehsal olunduğu müəyyən edilib. Və anbarda küllü miqdarda tərkibi kanserogen maddələrdən ibarət yüzlərlə litr dezinfeksiyaedici maddələr ələ keçirilib.

Yoxlamalar nəticəsində ərazidə yerləşən digər anbarda isə tibbi standartlara uyğun olmayan yüzlərlə maska aşkarlanıb.

Buca rayon sağlamlıq idarəsi məsul şəxslərlə əlaqədar cinayət işinin başlandığı və ələ keçirilən məhsulların məhv ediləcəyi qeyd edilib.

Qeyd edək ki, Türkiyənin Adana şəhərində isə Adana Təhlükəsizlik idarəsinin bir qrup əməkdaşları tərəfindən təşkil edilən əməliyyatda Yeşiloba ərazisində saxta təmizləyici maddələr və fərdi qulluq məhsulları istehsal edilən anbar müəyyən edilib.  Anbardan 7 min 650 litr gül suyu, 7 min 521 kiloqram yuyucu vasitə, 625 litr odekolon, 125 litr aseton, 102 qutu şampun və 511 qutu qaymaq ələ keçirilib. Bir nəfər məhsul şəxs isə həbs edilib.

Turan Etibaroğlu