\
20 Aprel 2024 - Şənbə

Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib, 18 nəfər cərimələnib

Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib, 18 nəfər cərimələnib
1323baxış

Son vaxtlar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilir. Belə hərəkətlərin qarşısı polis orqanları tərəfindən alınır".

"Report" xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bu günə qədər sosial şəbəkələrdə yalnış məlumat yayan 10 nəfər həbs olunub, 18 nəfər cərimə olunub, 127 nəfərə isə xəbərdarlıq edilib.