\
29 Mart 2024 - Cümə

Keçmiş məhbusu bıçaqlayıb, su arxına atdılar - Tovuzda qətl

Keçmiş məhbusu bıçaqlayıb, su arxına atdılar - Tovuzda qətl
1431baxış

Tovuzda tapılmış meyitin şəxsiyyəti məlum olub.

Su arxında tapılan meyit rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevə məxsusdur. 

Onun bədənində 2 bıçaq yarası aşkarlandığından qətlə yetirilməsi müəyyənləşib.

Qeyd edək ki, E.Mehdiyev əvvəllər bir neçə dəfə həbs olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.