\
25 Aprel 2024 - Cümə axşamı

Xadimə evdən 30 min manatlıq oğurluq etdi

Xadimə evdən 30 min manatlıq oğurluq etdi
1788baxış

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva saxlanılıb. O, N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızı-zinət əşyaları oğurladığı üçün saxlaılıb. 

Faktla Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma zamanı məlum olub ki, C.Əliyeva həmin mənzildə xadimə işləyirmiş.