\
28 Mart 2024 - Cümə axşamı

Polis hər yerdə bu gənci axtarır - YENİLƏNİB

Polis hər yerdə bu gənci axtarır - YENİLƏNİB
1149baxış

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin arxa kapotunun üstündə oturaraq, pivə içən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun "Report"a verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılıb.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir. O, müəyyən edildikdən sonra saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil verilib.

V.Əsədov qeyd edib ki, N.Mustafayev barəsində qanunvericiliyə uyğun olaraq təsirli tədbirlər görüləcək.

13:43
Sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin gecə saatlarında arxa kapotunun üstündə oturaraq pivə içən, şəkil çəkdirən və yayan gənc müzakirə mövzusu olub.
Mediapress.az avtosfer.az-a istinadən xəbər verir ki, bəziləri hətta onun yol polisi olduğunu iddia ediblər.
 
Həmin gəncin 99 SE 620 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsü olduğu bildirilir.
 
Fotolarda əks olunan şəxsin kim olduğu və fotonun nə vaxt çəkildiyi polis tərəfindən araşdırılır. Bu barədə hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib.
 
Fotoları təqdim edirik.
 
Nicat Mustafayev