\
29 Mart 2024 - Cümə

Qadın sərxoş qardaşını və anasını bıçaqlayıb - Ağsuda

Qadın sərxoş qardaşını və anasını bıçaqlayıb - Ağsuda
1028baxış

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Cəbiyeva Arzu Şaməddin qızı evlərində qardaşı, 1974-ci il təvəllüdlü Cəbiyev Müslüm Şaməddin oğlu və anası, 1938-ci il təvəllüdlü Cəbiyeva Maniya Məcid qızını bıçaqlayıb. Yaralı Ağsu rayon Mərkəzinə çatdırılaraq əməliyyat olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Cəbiyev sərxoş vəziyyətdə evə gələrək bacısı A.Cəbiyeva ilə mübahisə edib. Mübahisə nəticəsində A.Əbiyeva mətbəx bıçağı ilə qardaşını bıçaqlayıb. Həmin vaxt onların mübahisəsini sakitləşdirmək istəyən anaları M.Cəbiyeva da xəsarət alıb.