\
28 Mart 2024 - Cümə axşamı

Oğuzda dəhşət: Meyiti tapılan oğlanı ayı yeməyibmiş - Şok iddia

Oğuzda dəhşət: Meyiti tapılan oğlanı ayı yeməyibmiş - Şok iddia
1473baxış
Oğuzun Xaçmaz kəndində meyiti tapılan 12 yaşlı oğlanın ölümü ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.
 
Kənd sakinlərinin məlumatına görə, oğlanı ayı parçalamayıb. Ehtimal olunur ki, oğlan arxa su qoymağa gedərkən başqa bir cavan oğlan tərəfindən zorakılığa məruz qalıb.
 
Ehtimal olunur ki, bundan sonra əməlinin yayılacağından ehtiyat edən gənc 12 yaşlı oğlanı öldürüb və yaxınlıqdakı çaya atıb.
 
Bildirilir ki, artıq şübhəli şəxs tutularaq istintaqa cəlb olunub.
 
Meyit ekspertizaya verilib. (axar.az)
 
***
 
Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.
 
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.
 
Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.
Oğuzda dəhşət: Meyiti tapılan oğlanı ayı yeməyibmiş  - Şok iddia