\
27 Aprel 2024 - Şənbə

"07" ilə avtoxuliqanlıq edən sürücü 15 günlük həbs olundu - VİDEO - FOTOLAR

"07" ilə avtoxuliqanlıq edən sürücü 15 günlük həbs olundu - VİDEO - FOTOLAR
1366baxış
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Mediapress.az-a verilən məludmata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.
Araşdırmalarla, Göygöl rayon sakini 31 yaşlı Emin Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub. “VAZ 2107” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum olan E. Məmmədov 15 gün müddətə inzibati qaydada həbs edilib.
 
Fotolar: Nazir Quliyevə məxsusdur