\
27 Aprel 2024 - Şənbə

Goranboyda 25 yaşlı polis asılmış vəziyyətdə tapıldı

Goranboyda 25 yaşlı polis asılmış vəziyyətdə tapıldı
1953baxış

Goranboyda intihar hadisəsi baş verib.

Mediapress.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı, Goranboy rayon Buzluq kənd sakini 25 yaşlı Məharət Nağıyev ötən gün evdən çıxıb və geri qayıtmayıb. Bu səbəbdən onun axtarışlarına başlanılıb.

Onun asılmış meyiti bu gün Goranboy rayon Yuxarı Ballıqaya kəndi ərazisində olan meşədə tapılıb. İntiharın ailə münaqişəsi səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.