\
25 Aprel 2024 - Cümə axşamı

Biləsuvar sakini kafedə qətlə yetirildi

Biləsuvar sakini kafedə qətlə yetirildi
1771baxış

Biləsuvar rayonunda qətl hadisəsi törədilib.

Hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. 

Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)

 

Mediapress.az