\
19 Aprel 2024 - Cümə

Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb

Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb
1243baxış

Mediapress.az xəbər verir ki, paytaxtın Səbail rayonunda Covid-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq saxlanılıb.

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Bibiheybət qəsəbə sakini 1994-cü il təvəllüdlü Həmid Məmmədzadəyə Covid-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Təyin edilən qaydalara baxmayaraq, onun yaşayış yerini tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi mağazalardan birindən aşkar olunaraq, aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.