\
20 Aprel 2024 - Şənbə

Kanadada təyyarə magistral yolda təcili eniş edib

Kanadada təyyarə magistral yolda təcili eniş edib
1395baxış

Kiçik təyyarə Kanadanın Ontario vilayətinin Markhem şəhəri yaxınlığındakı magistral yolda təcili eniş edib.

Mediapress.az-ın məlumatına görə, bu barədə CBC telekanalı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində heç kim xəsarət almayıb. Pilotdan əlavə təyyarədə sərnişinlər də olub, lakin onların dəqiq sayı göstərilməyib.

Təyyarənin yerli hava limanı yaxınlığındakı magistral yola düşdüyü məlum olub. Məcburi enişin səbəbləri barədə məlumat verilməyib.