\
26 Aprel 2024 - Cümə

Arvadını qısqanclıq zəmnində güllələyən şəxs tutuldu

Arvadını qısqanclıq zəmnində güllələyən şəxs tutuldu
1992baxış

Sentyabrın 13-ü saat 10 radələrində Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Abıyevanın odlu silahla qətlə yetirilən meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna  məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 

İstintaqla zərərçəkmişin əri, 1984-cü il təvəllüdlü Mais Abıyevin qısqanclıq zəmnində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq Günay Abıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Mais Abıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mediapress.az