\
26 Aprel 2024 - Cümə

Sevgilisini bıçaqlayan 18 yaşlı qızın məhkəməsi başladı

Sevgilisini bıçaqlayan 18 yaşlı qızın məhkəməsi başladı
1883baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda ittiham olunan Gülşən Mustafayevanın cinayət işi hazırlıq iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası sentyabrın 22-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında Abşeron rayonu, Atyalı yaşayış massivində baş verib.

1999-cu il təvəllüdlü Musa Abdullayev sevgilisi, 18 yaşlı Gülşən Mustafayeva tərəfindən bıçaqlanıb.

Gülşən Mustafayevaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.