\
26 Aprel 2024 - Cümə

Aptekdə əri tərəfindən bıçaqlanan qadın öldü

Aptekdə əri tərəfindən bıçaqlanan qadın öldü
1090baxış

Sentyabrın 8-də Mingəçevirdə aptekdə əri tərəfindən bıçaqlanan qadın bu gün xəstəxanada dünyasını dəyişib. 

Mediapress.az APA-ya istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü, şəhər sakini Könül Mirzəyevanın həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gecə saatlarında dünyasını dəyişib. 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.