\
29 Mart 2024 - Cümə

Milyarder erməni müxalifət lideri siyasi məhbus elan edildi

Milyarder erməni müxalifət lideri siyasi məhbus elan edildi
4202baxış

Qaqik Tsarukyanın həbsi açıq siyasi intiqamdır və o, siyasi məhbusdur.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, “Çiçəklənən Ermənistan” partiyası Siyasi Şurasının yaydığı bəyanatda belə  deyilir.

Qeyd edilir ki, dünən hakim Mnatsakan Martirosyanın sədrliyi ilə keçirilən məhkəmə "Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyanı qanunsuz olaraq həbs edib.

Eyni zamanda, məhkəmə onun ittiham irəli sürüldükdən dörd ay sonra ibtidai istintaqa necə mane olduğu barədə heç bir əsaslı fakt təqdim etməyib.

"Baş verənlər, şübhəsiz ki, ən böyük parlament müxalifət qüvvəsi və partiyanın liderinə qarşı siyasi intiqamdır. Tsarukyanın indi siyasi məhbus olduğu göz qabağındadır. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət inqilabdan iki il yarım sonra bütün sahələrdə aşkar şəkildə fiaskoya uğrayıb və siyasi vendettanın köməyi ilə müxalifəti susdurmağa çalışır”.

Partiyanın bəyanatında Tsarukyanın həbs əmrinin hakimiyyətdən verildiyi vurğulanıb.

Qeyd edilib ki, bu gün Ermənistan ciddi problemlərlə üzləşir. Səriştəsiz hakimiyyət, ölkəni sosial fəlakətə sürükləyib. “Çiçəklənən Ermənistan” həmfikir siyasi qüvvələrlə birlikdə mübarizəsini davam etdirəcək: "Heç kim bizi qorxuda və susdura bilməyəcək, bizim mütləq yeni keyfiyyətə sahib hakimiyyətimiz olacaq. Tsarukyana qarşı bu, utancverici və ucuz qisasın bütün iştirakçıları qanunla cəzalarını alacaqlar. Bu, çox qısa bir müddətin məsələsidir".