\
23 Aprel 2024 - Çərşənbə axşamı

Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı

Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
1477baxış

Ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 3-də ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.