\
18 Aprel 2024 - Cümə axşamı

Polis 29 cinayətin üstünü “isti izlər”lə açıb

Polis 29 cinayətin üstünü “isti izlər”lə açıb
1685baxış
2021-ci il fevral ayının 7-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
 
DİN-in Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
 
 
Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
 
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
 
 
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.