\
27 Aprel 2024 - Şənbə

Yevlaxda narkotik alverçiləri saxlanıldı

Yevlaxda narkotik alverçiləri saxlanıldı
1466baxış

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Mediapress.az Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Bərdə regional qrupuna istinadən bildirir ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş İsrail Bəkirov saxlanılıb.

Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükülüdə 42 qramdan artıq narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükülüdə 10 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı İ.Bəkirov narkotiki tanışı Bəylər adlı şəxsdən 1050 manat pul müqabilində aldığını etiraf edib.

Davam etdirilən tədbirlərlə Yevlax şəhər sakini, əvvəllər məhkum edilmiş Bəylər Əlizadə də saxlanılıb.

Onun üzərində aparılan axtarış zamanı satış məqsədi ilə gəzdirdiyi 1 ədəd sellofan bükülüdə heroin aşkar edilərək götürülüb.

Saxlanılan hər iki şəxs barəsində Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.