\
28 Fevral 2021 - Bazar günü

Azərbaycanda narkotikaya görə nə qədər qadın müalicə alır? - AÇIQLAMA

Azərbaycanda narkotikaya görə nə qədər qadın müalicə alır? - AÇIQLAMA
1106baxış

"Azərbaycanda narkotikdən istifadə ilə bağlı müalicə alan qadın xəstələrin sayı çox azdır. Bu da mental dəyərlərdən irəli gəlir".

“Report” xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev deyib.

Onun sözlərinə görə, bu rəqəm narkotikə görə müalicə alan xəstələrin təxminən 5 % civarındadır.

Z.Əliyev qeyd edib ki, asılılıq xroniki xəstəlik hesab olunur: “Narkotik maddəni qəbul edən şəxslərdə fiziki asılılıqdan savayı davranış pozuntuları da yaranır. Fiziki asılılığın ağır halında müraciət etdikdə adətən onlarda psixoloji halla bağlı proses güclü olmur. Bir qrup xəstə var ki, asılılıqdan qurtarsalar belə illərlə yenidən bizə müraciət edirlər”.