\
25 Aprel 2024 - Cümə axşamı

Polis 50 nəfərə yaxın şəxsi saxlayıb

Polis 50 nəfərə yaxın şəxsi saxlayıb
1461baxış

2021-ci il mart ayının 2-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 
DİN-in Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.