\
20 Aprel 2024 - Şənbə

Bakıda qadın videosu ilə şantaj edildi

Bakıda qadın videosu ilə şantaj edildi
1479baxış

Xəzər Rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart-aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.