\
23 Aprel 2024 - Çərşənbə axşamı

Yardımlıda narkotik tərkibli bitkilər aşkar edilib - FOTOLAR

Yardımlıda narkotik tərkibli bitkilər aşkar edilib - FOTOLAR
1522baxış
“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun Alar kəndi ərazisində 620 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 16500 kiloqram olan 42350 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.