\
19 Aprel 2024 - Cümə

Maska taxmayan poliklinika işçiləri cərimələndi - Foto

Maska taxmayan poliklinika işçiləri cərimələndi - Foto
1446baxış

Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.

Qeyd edək ki, poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılarla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı təsdiqləyib.