\
28 Mart 2024 - Cümə axşamı

Salyan sakinlərindən "patı" götürüldü - Foto

Salyan sakinlərindən "patı" götürüldü - Foto
1408baxış

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İslam Zeynalov və Sadiq Süleymanov saxlanılıblar.

 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mediapress.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.