\
9 Dekabr 2021 - Cümə axşamı

Yevlaxda oğurluq edən şəxs saxlanılıb

Yevlaxda oğurluq edən şəxs saxlanılıb
1183baxış

Yevlax rayon sakini olan bir nəfər bu ilin iyul ayında evindən dəmir konstruksiyalar və müxtəlif məişət əşyalarının mühərrik hissələrinin oğurlanması ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət edib.

DİN-in Mətbuat Xidmətinidən Mediapress.az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Yevlax RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Hafiz Məmmədov saxlanılıb. Araşdırmalarla onun ümumilikdə 9 ədəd soyuducu və kondisioner mühərriki, dəmir konstruksiyalar və s. oğurlamaqla vətəndaşa 4000 manat miqdarında ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.