\
24 Aprel 2024 - Çərşənbə

Xızı sakinindən narkotik vasitələr aşkarlandı - FOTOLAR

Xızı sakinindən narkotik vasitələr aşkarlandı - FOTOLAR
1822baxış
Xızı  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mediapress.az-a verilən məlumata görə, verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Heybət Heybətov saxlanılıb. Həmin şəxsin  üzərinə baxış keçirilən zaman yarım kiloqrama yaxın marixuana və kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.