\
24 Aprel 2024 - Çərşənbə

Mənzildən 62 min dollar oğurlayan şəxs saxlanıldı

Mənzildən 62 min dollar oğurlayan şəxs saxlanıldı
1425baxış

Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.