\
5 Iyul 2022 - Çərşənbə axşamı

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi

Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi
1229baxış

Bakıda polis xidmətdə olarkən xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb. 

O, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.