\
8 Avqust 2022 - Bazar ertəsi

Gəncədə ər 25 yaşlı arvadını öldürüb

Gəncədə ər 25 yaşlı arvadını öldürüb
1549baxış

Gəncədə 25 yaşlı qadın əri tərəfindən qətlə yetirilib.

Mediapress.az DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, iyun ayının 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub. Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A. Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.