\
29 Mart 2024 - Cümə

16 yaşlı sevdiyi qızı başından güllələdi - VİDEO - Daha sonra intihar etdi

16 yaşlı sevdiyi qızı başından güllələdi - VİDEO - Daha sonra intihar etdi
1570baxış

İstanbulun "Cumhuriyyət" məhəlləsində dəhşət doğuran hadisə baş verib. 

Mediapress.az türk mediasına istinadən xəbər verir ki, Səlim Təkin adlı şəxs silahla 16 yaşlı sevdiyi qızın evinə basqın edib. Bəyza Doğanı zorla hamam otağına apararaq, başından atəş açıb, daha sonra isə intihar məqsədilə özünü güllələyib.   

Məlumata görə, Səlim dəfələrlə Bəyzaya qarşı kobudluq edib, onu zorla qaçırmağa cəhd edib. Qızın ailə üzvləri onun bu özbaşınalığı ilə bağlı polisə şikayət ediblər. 

"Bəyza 13 yaşından bu zülmü çəkir. Artıq 3 ildir. "Mən ayrılsam, məni öldürəcək", - deyə imdad edirdi qızcığaz. Elə hey kömək istəyirdi, amma heç kim onu dinləmirdi. Bacım qızını qorumaq üçün polisdən kömək istədi, amma onu ciddiyə almadılar. Məhkəmə qoruma qərarı versə də, heç 1 ay keşməmiş Bəyza güllələndi", - deyən zərərçkmişin xalası baş verənlərdə polisi də günahlandırır. Bəyzanın atası isə, "bu şəxs qızıma İnstaqramda yazıb, əvvəl dost kimi, sonra başlayıb hədə-qorxu gəlməyə, parka çağırıb, ordan da qaçırıb. Düz 5 dəfə qaçırıb qızımı. Bu adam haqqında 35 dəfə şikayət etmişəm aidiyyatı qurumlara", - deyə bildirib. 

Qeyd edək ki, hazırda hər iki yaralının vəziyyəti ağırdır.