\
27 Aprel 2024 - Şənbə

Lənkəranda din xadimi bıçaqlanıb

Lənkəranda din xadimi bıçaqlanıb
1445baxış

Hadisə bu gün sübh çağı şəxsi münasibətlər zəminindəki mübahisə zamanı baş verib.

Belə ki, Lüvəsər kənd məscidinin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyev məscidin həyətində olarkən kənd sakini Çingiz Əlizadə tərəfindən ona çoxsaylı bıçaq zərbələri endirilib.

Ç.Əlizadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.