\
25 Aprel 2024 - Cümə axşamı

Etimad İsmayılovun qətlinin səbəbi bəlli oldu - BORC MƏSƏLƏSİ! - FOTOLAR - VİDEO

Etimad İsmayılovun qətlinin səbəbi bəlli oldu - BORC MƏSƏLƏSİ! - FOTOLAR - VİDEO
1466baxış

Etimad İsmayılovun öldürülməsinin səbəbi məlum olub. Türkiyə mediasında yer alan xəbərə görə, Etimad İsmayılov Gözəl Dəmirovla uzun müddətdir ki şərik imiş. Hadisə saat 21:00 radələrində meydana gəlib. İş adamı ofisində güllələnərək qətlə yetirilib.

Məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisədə tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxardaraq şərikinə 3 dəfə atəş açıb. 

Xatırladaq ki, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.

Mediapress.az

Gözəl Dəmirovun saxlanılma anı

 

Saxlanılan digər şəxs