\
29 Mart 2024 - Cümə

JEK işçilərinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

JEK işçilərinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb
1694baxış

 Gəncə Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Müşfiq Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Mediapress.az-ın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Göygöl şəhərində baş verib. Həmin ərazidə yük maşını aşıb.

Qəza nəticəsində zibil maşının yük yerində olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri - 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlu və 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlu maşının altında qalaraq ölüblər. Maşının kabinasında olan 1980-ci il təvəllüdlü İmanov Habil Telman oğlu və 1978-ci il təvəllüdlü Nəcəfov Vaqif Rengen oğlu xəsarət alıblar.

Zibil maşının sürücüsü M.Mirzəyev isə ağır xəsarət almayıb.