\
25 Aprel 2024 - Cümə axşamı

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub
1574baxış

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 206-cı (Qaçaqmalçılıq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan 35 yaşlı Ramiz RüstəmovGürcüstanda saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.