\
26 Aprel 2024 - Cümə

Şəmkirdə 16 yaşlı gənc bıçaqlanıb

Şəmkirdə 16 yaşlı gənc bıçaqlanıb
1663baxış

Şəmkir şəhərində bıçaqlanma olub.

Medeiapress.az-ın Qərb bürosunun məlumatına görə, 16 yaşlı A.Məmmədovşəhər ərazisində 17 yaşlı tanışı tərəfindən bıçaqlanıb.

Ağır yara alan gənc xəstəxanaya aparılıb. Cərrahiyyə əməliyyatı olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.